Üsamə bin Ladinin kürəkəni Türkiyədə yaxalandı
02 Fevral 2013 Şənbə 05:08
Axtarışda olan şübhəli İrana deportasiya olunacaq.
“Əl Qaidə” terror təşkilatının sabiq lideri, Pakistanda ABŞ xüsusi xidmət orqanı əməkdaşlarının keçirdiyi əməliyyatda öldürülən Üsamə bin Ladinin axtarışda olan kürəkəni Türkiyənin paytaxtı Ankarada saxlanılıb. Türkiyəyə saxta pasportla qeyri-leqal yollarla daxil olan Süleyman M. Milli İstixbarat Təşkilatı (MİT) və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) əməkdaşlığı ilə yaxalanıb.

Məlumata görə, Süleyman M.-nin Səudiyyə Ərəbistanı pasportu ilə Türkiyəyə gəldiyini CIA xəbər verib və MİT keçirdiyi əməliyyatla Ankaranın Çankaya rayonunda oteldə qalan şübhəlini ələ keçirib. Qeyd edək ki, CIA əməkdaşları şübhəlini sorğu-sual etmək istəsə də Türkiyə tərəfi qanunvericiliyə görə bunun mümkün olmadığını bildirib.

Süleyman M.-nin İrana deportasiya ediləcəyi bildirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar