Üsamə bin Ladenin qızının Tehranda olduğu rəsmən təsdiqləndi
25 Dekabr 2009 Cümə 04:30
17 yaşlı Eman bin Laden Səudiyyə Ərəbistanın İrandakı səfirliyindən sığınacaq istəyib
“Əl-Qaidə” terror təşkilatının lideri Üsamə bin Ladenin 17 yaşlı qızı Eman bin Laden Səudiyyə Ərəbistanından sığınacaq istəyib. O, bu xahişlə Səudiyyə Ərəbistanın İrandakı səfirliyinə müraciət edib. Məlumatı rəsmi Tehran da təsdiqləyib. Beləliklə, Üsamə bin Ladenin qızının Səudiyyə Ərəbistanının İrandakı səfirliyində olması barədə bir müddət əvvəl yayılmış xəbərlər təsdiqlənib.
İranın xarici işlər naziri Manuçehr Mottaki isə bəyan edib ki, Səudiyyə Ərəbistanı səfirliyinin açıqlamasından əvvəl dünyanın bir nömrəli terrorçusunun qızıın İran ərazisində olduğunu bilməyib. O qeyd edib ki, rəsmi Tehran Eman bin Ladenin İran ərazisini tərk etməsinə mane olmayacaq.
Qeyd edək ki, İran hakimiyyəti Üsamə bin Ladennin övladlarını uzun müddət himayə etməkdə şübhəli bilinirdi. Bu arada isə məlum olub ki, Üsamə bin Ladenin arvadlarından biri, eləcə də 6 uşağı və 11 nəfəsi Tehran yaxınlığındakı gizli sığınacaqda gizlənib. Terrorçunun qohumları bildiriblər ki, Tehrandakı ailə üzvlərinə ətrafla təmas qurmaq qadağası qoyulub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: