Üsamə bin Laden sentyabrın 11-nə hazırlaşırmış
06 May 2011 Cümə 10:44
Üsamə bin Laden sentyabrın 11-nə hazırlaşırmış. Terrorçunun kompüterində yeni terror planları aşkar edilib.
Öldürülmüş "Əl-Qaidə" lideri Üsamə bin Ladenin kompüterində yeni terror aktı planları aşkar edilib. Məlum olub ki, "Əl-Qaidə" Amerika Birləşmiş Ştatlarının dəmiryollarında partlayışlar törətməyə hazırlaşırmış. Daha doğrusu, 2011-ci il sentyabrın 11-də, yəni bəşər tarixinin ən dəhşətli terror aktının 10-cu ildönümündə bir neçə qatarı partlatmaq planlaşdırılırmış.

Başqa tarixlər də qeyd olunub, məsələn, Amerikada Müstəqillik Gününün qeyd edildiyi 4 iyul, eləcə də Milad bayramı. Əsas hədəflər arasında isə Vaşinqton, Nyu York, Los Anceles və Çikaqo olub.

Qeyd edək ki, Üsamə bin Ladenin evindən 5 kompüter, 100-ə yaxın hard disk və daha bir neçə məlumat daşıyıcısı aşkar edilərək götürülüb. Mütəxəssislər bu materialları araşdırmağa davam edirlər. Onlardan bəzilərinin ictimaiyyətə açıqlanacağı istisna edilmir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar