Üsamə Bin Laden ən yaxın adamı vasitəsilə öldürülüb
02 May 2011 Bazar Ertəsi 15:40
"Əl-Qaidə" lideri Üsamə Bin Laden nin evinin necə təsbit edilməsi barədə bəzi detallar açıqlanıb.
Bu səhər Pakistanda əvvəlcədən planlaşdırılmış əməliyyat nəticəsində öldürülən "Əl-Qaidə" terror qruplaşmasının lideri Üsamə Bin Ladenin yerinin kuryer sayəsində təyin olduğu məlum olub. Amerika kəşfiyyat orqanları Bin Ladeni qorumaq üçün bir neçə il əvvəl hazırlanmış evin yerini ötən il avqust ayında "Əl-Qaidə"yə kuryerlik edən bir nəfəri izləyərək aşkar ediblər.

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi illər əzrində bu şəxsi izləyib və nəticədə onun Pakistanın Abodabad şəhərinin lüks rayonlarında yerləşən və mühafizə olunan bu evə girib-çıxdığı təsbit edilib. Bu günə qədər saxnalılan terrorçuların ifadələrindən isə məlum olub ki, Üsamə Bin Laden bu kuryerə çox güvənir. Onun hətta Bin Ladenlə eyni evdə yaşaya biləcəyi ehtimal olunub.

Evə yeganə giriş qorunan iki qapıdan mümkün olduğu, evdə telefon və internet naqillərinin çəkilmədiyini aşkar edən kəşfiyyatçılar, evin tullantısının heç vaxt yığılmadını və dərhal yandırıldığını müəyyənləşdiriblər.

Bu məlumatları əldə edən ABŞ prezidenti Barak Obama isə 29 aprel tarixində, ətrafı 5,5 metr hündürlükdə tikanlı məftillərlə hörülən evə əməliyyat təşkil edilməsi və Bin Ladenin yaxalanması barədə təlimat verib.

Əməliyyat Amerika Dəniz Qüvvələrinə məxsus xüsusi seçilmiş "SEAL Team Six" qrupu tərəfindən təşkil edilib. Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Leon Panetta, seçmə qrup və yalnız bir neçə yüksək vəzifəli Amerika rəsmisinin xəbərdar olduğu bu gizli əməliyyatın detalları hələ ki bilinmir.

Qeyd edək ki, Bin Ladenin öldürüldüyü şəhər Pakistan ordusunun ən əhəmiyyətli mərkəzlərindən biridir. Şəhər paytaxt İslamabaddan 100-150 km aralıda yerləşir. Şəhərdə Pakistan ordusunun topçu, tankçı və mərmi birlikləri var. Bir milyona yaxın əhalinin yaşadığı şəhər səs-küydən uzaq, nizamlı və yaşıl görünüşüylə ölkənin digər şəhərləri ilə müqayisədə fərqlənir.

"Əl-Qaidə" liderinin öldürüldüyü evin ordu birliklərinə yaxın, varlı adamların yaşadığı "Bilal colony" deyə adlandırılan bölgədə olduğu açıqlanıb. Ekspertlər, ABŞ-ın illərdir axtardığı şəxsin ordunun əhəmiyyətli mərkəzlərindən birində yaşadığını qəribə qarşılayırlar.

Abodabad şəhəri son vaxtlar haqqlarının artırılmasını və ayrı bir əyalət olmağı istəyən Hazara bölgəsinin paytaxtı kimi tanınır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar