Üsama Bin Laden Fransanı hədələdi
22 Yanvar 2011 Şənbə 07:10
Üsama Bin Laden: “Girovların azad edilməsi sizin ordunuzun Əfqanıstandan çıxarılmasından asılıdır”.
Əl-Qaidə beynəlxalq terror şəbəkəsinin başçısı Usama bin Laden girovluqda saxlanılan Fransa vətəndaşlarının azad olunması müqabilində bu ölkədən Fransa kontingentinin Əfqanıstandan çıxarılmasını tələb edib. Onun bu audio bəyanatı Qətərin “Əl-Cəzirə” telekanalında yayımlanıb.
Əl Qaidə lideri Üsama bin Ladenin audio müraciətində, girovların həyatının ordunun ölkədən çıxarılmasından asılı olduğunu deyib: “Qardaşlarımız tərəfindən girov götürülmüş Fransa vətəndaşlarının azad edilməsi sizin ordunuzun Əfqanıstandan çıxarılmasından asılıdır”.
Bin Ladenin sözlərinə görə prezident Nikolya Sarkozi öz mövqeyini dəyişməzsə onda bu istər Fransanın daxilində, istərsə də xaricdə yaşayan fransızlara baha başa gələcək. Qeyd edək ki, hal-hazırda Əl-Qaidə ilə əlaqəli terrorçuların əlində 8 Fransa vətəndaşı var. Bin Ladenin audio müraciətinə münasibətini bildirən Fransa xarici işlər nazirliyinin sözcüsü Bernard Valdeo audio yazıda səslənən fikirlərin həqiqətən də Bin Laden tərəfindən söylənib-söylənməməsinin hələ təsdiqlənmədiyini bildirib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: