USAID qadağan edildi
02 May 2013 Cümə Axşamı 02:52
Boliviya prezidenti: ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ölkədən çıxarılması barədə qərar qəbul edilib.
Rusiyanın ardınca Boliviya da ölkə ərazisində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) fəaliyyətinə qadağa qoyub. ANS PRESS-in məlumatına görə, xəbəri İTAR-TASS ölkə prezidenti Evo Moralesə istinadən yayıb. Prezident qadağa qərarını 1 may mitinqindəki çıxışında açıqlayıb. “ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ölkədən çıxarılması barədə qərar qəbul edilib. O, ölkəni tərk edir. Mən xarici işlər nazirinə göstəriş verirəm ki, Birləşmiş Ştatların səfirliyini bu barədə təcili məlumatlandırsın”, - Evo Morales deyib.

Qeyd edək ki, bir müddət əvvəl Boliviya prezidenti USAİD əməkdaşlarını hakimiyyətə qarşı sövdələşmədə ittiham etmişdi.

Xatırladaq ki, Rusiyada USAİD-in fəaliyyətinə ötən ilin oktyabrında qadağa qoyulub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar