Uruqvayın Daxili işlər naziri duş qəbul edərkən çəkdirdiyi şəkıli internet istifadəçiləri ilə paylaşdığı üçün vəzifəsindən uzaqlaşdırılıb. “ANS PRESS”in Türkiyənin “Radikal” qəzetinə istinadən verdiyi xəbərə görə, daxili işlər naziri Desi Turne duş qəbul edərkən çəkdirdiyi fotoşəklini sosial şəbəkə saytı olan feyzbuka (Facebook) yerləşdirdiyi üçün müxalifətin kəskin tənqid hədəfi olmuşdu. Qalmaqala səbəb olmuş hadisədən sonra daxili işlər naziri xanım Turne ölkə prezidenti Tabare Vaskesin tələbi ilə tutduğu vəzifədən istefa verib. /ANS PRESS/