Uruqvay Fransadakı səfirini geri çağırdı
06 Noyabr 2011 Bazar 01:56
Buna Nikola Sarkozinin bu ölkəni “vergi cəhənnəmi” adlandırması səbəb olub.
Uruqvay hökuməti Fransadakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bu, Fransa prezidenti Nikola Sarkozinin “iyirmiliy”in sammitinin yekunlarına dair mətbuat konfransında Uruqvayı “vergi cəhənnəmi” ölkələrinə aid etməsindən sonra baş verib.

Uruqvay prezidenti Xose Muxika Fransanın dövlət başçısını “inanılmaz” adlandııb və bildirib ki, Fransanın Montevideodakı səfiri nota təqdim edilməsi üçün Xarici İşlər Nazirliyinə çağırılıcaq.

Fransa prezidenti çıxışında bildirib ki, yaxın vaxtlarda vergi ödənilməsindən yayınmağı təşviq edən 11 ölkənin siyahısı hazırlanacaq. Siyahıya Uruqvay da daxil ediləcək.

“Belə ölkələr özlərinin vergi qanunvericiliyiklərini dəyişdirməlidirlər. Yoxsa, dünya ictimaiyyətindən kənarda qalacaqlar. Biz açıq şəkildə bildiririk ki, belə ölkələrin yanımızda mövcud olmasını istəmirik”, - Fransa prezidenti deyib.

Uruqvayın vitse-prezidenti Danilo Astori Fransa liderinin bəyanatını “məsuliyyətsiz” adlandırıb və deyib ki, bu bəyanat imperiya və ya koloniya mentalitetinə xasdır. Onun sözlərinə görə, Nikola Sarkozi Uruqvayın vergi sisteminin reallıqları ilə tanış deyil.


DOSTLARINLA PAYLAŞ:

oyunlar