Urmiyə məhəllələrində türkcə lövhələr peyda olub
31 İyul 2014 Cümə Axşamı 13:50
Urmiyə Bələdiyyəsinin təşəbbüsü yerlilər tərəfindən sevinclə qarşılanıb və onun davamını arzu ediblər.
Urmiyə Bələdiyyəsi şəhərin bir çox bölgəsində üzərində məhəllələr və küçələrin orijinal türkcə adları yazılmış lövhələr yerləşdirib. ANS PRESS-in məlumatına görə, urmiyəli fəallar və jurnalistlərin bloqlar və sosial şəbələrdə nəşr etdiyi şəkillərdə, “Dərəçayı”, “Şəhərçayı”, “Doşapçıxana”, “Dəmirçixana”, “Carçıbaşı”, “Göl Üstü”, “Təndirçilər”, “Ağa Qəbiri”, “Doqquz Pillə” və “Qapan” kimi küçələr və məhəllələrdə Türkcə lövhələrin yerləşdirildiyi müşahidə olunur. VOA xəbər verir ki, ötən aylarda Urmiyə şəhər şurası adları farscaya çevrilmiş məhəllələrin yenidən orijinal türkcə adlarının qaytarılması istiqamətində fəaliyyətə başlayıb, bəzi qərarlar qəbul etmişdi.

Mədəni fəallar və jurnalistlər lövhələrdə bəzi yazı qaydalarına diqqət edilməməsini tənqid etsələr də, umumiyyətlə Urmiyə Bələdiyyəsinin təşəbbüsünü sevinclə qarşılayır və onun davamını arzu edirlər.



DOSTLARINLA PAYLAŞ:

oyunlar