Martın 5-də Güney Azərbaycanın Urmiya şəhərində səfərdə olan İran prezidenti Mahmud Əhmədinejad yerli sakinlərin kəskin etirazıyla qarşılanıb. www.D-A-K.org –a daxil olan məlumata görə, şəhərin mərkəzi küçələrindən üstüaçıq avtomobildə ayaq üstündə əhaliyə əli ilə salam verən Mahmud Əhmədinəjada tərəf əhalinin sıx yerindən ayaqqabı atılıb.
“Ettelaat” əməkdaşları və polislər dərhal həmin istiqamətə hücum ediblər. Lakin əyaqqabı atan şəxsi müəyyənləşdirə bilməyiblər. Bir neçə nəfər şübhəli şəxs kimi həbs olunub.