Urmiyada 11 azerbaycanlı edam olundu
01 Noyabr 2013 Cümə 15:04
İranda narkotik qaçaqçılığı ile ittiham edilenlerin ekseriyyeti yoxsul insanlar.
Son günlər Urmiyanın mərkəzi zindanında ikisi qadın olmaqla 11 nəfər asılaraq edam edilib.Edam edilənlərin altısı narkotik qaçaqçılığı, biri isə qətl ittihamı ilə mühakimə olunublar. Digər dörd nəfərin hansı ittihamlarda təqsirli bilindiyi bəlli deyil.
Veb-səhifələr edam edilən 7 nəfərin adını da açıqlayıb. Onlar Kamil Səidi, Kamil Həbibi, Zəki Xani, Məhəmməd Gürcü, Müsəyyib Sadati, Vəli Məhəmmədzadə və Yədulla Məhmudidir. Digər dörd nəfər, o cümlədən edam edilən iki qadının kimliyi ilə bağlı isə məlumat verilmir.
Son bir neçə ay ərzində, xüsusilə də Həsən Ruhaninin prezident seçilməsindən sonra Cənubi Azərbaycanın Urmiya, Ərdəbil və Təbrizin mərkəzi zindanlarında icra edilən edam hökmlərinin sayının kəskin artdığı bildirilir. Güneydən gələn məlumatlara görə, hələ zindanlarda xeyli məhbus var ki, onlar edam olunacaqları günü gözləyir. Edam cəzasına məhkum olunanlar arasında milli fəallar, Güneyin istiqlalı və haqqı uğrunda mücadilə aparan şəxslərin də olduğu bildirilir.
“İranda narkotik qaçaqçılığı ilə ittiham edilənlərin əksəriyyəti yoxsul insanlar, habelə qadınlar, etnik qruplar və dini azlıqların nümayəndələri, eləcə də xarici ölkələrin vətəndaşlarından ibarət olur. Bunların çoxu ədalətsiz məhkəmələrdə mühakimə edilir”, -deyə “Amnesty İnternational” İranla bağlı yaydığı bəyanatında qeyd edib.
DOSTLARINLA PAYLAŞ: