Urmiya gölündə suyun səviyyəsi qalxır
10 Mart 2013 Bazar 10:47
Gölün quruma təhlükəsi artıq aradan qalxıb.
Urmiya gölündə quruma təhlükəsi artıq aradan qalxıb. Göl ətrafında yerləşən kəndlərin sakinləri də artıq köçmək fikrindən daşınıblar. Bu barədə məlumatı İrandan jurnalist Səid Hüseyni verib.

Səid Hüseyni bildirib ki, son illər quruma təhlükəsi ilə üzləşən Urmiyanın suyu 19 milyon kubmetr azalmışdı: “ Hazırda suyun 8 milyon kubmetri bərpa olunub. Buna səbəb yağıntılar və qış fəslidir. Bir tərəfdən də çayları, səddləri açıblar. Kənd sakinləri kəndlərdən köçmək istəyirdilər, lakin köçməyiblər. Vəziyyət belə qabağa getsə, köçməzlər”.

Qeyd edək ki, Urmiya gölü ətrafında 100-dən artıq kənddə gölün suyunun quruması ilə əlaqədar yaşayış mümkünsüz həddə çatmışdı. Bu kəndlərdə bir neçə su quyuları şoranlaşmış, əkin sahələri, bağlar, yararsız vəziyyətə düşmüşdü. Gölün quruması nəticəsində küləklə səpələnən duz tozları, ağacların budaqları və yarpaqlarına qonurdu.

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin də fevralın 23-də verdiyi açıqlamasında Urmiya gölünün qurumasına dair xəbərlərin doğru olmadığını söyləmişdi və bildirmişdi ki, əksinə, göl mühafizə indeksinə görə, əla səviyyədədir. Xatırladaq ki, İran mediasında bunun həqiqətəuyğun olmadığı və gölün quruması ilə əlaqədar ətrafdakı 100-dən çox kəndin sakininin Tehran və digər şəhərlərə köçməsi haqqında yazılar çap edilmişdi.

Urmiya gölündə suyun səviyyəsi qalxır
Gölün quruma təhlükəsi artıq aradan qalxıb

DOSTLARINLA PAYLAŞ:

oyunlar