Uran Ermənistan əhalisində böyük narahatlıq yaradıb
29 Yanvar 2012 Bazar 12:01
Vətəndaşlar hakimiyyətin Ermənistanda uranın istehsalı niyyətinə qarşıdır.
Ermənistanda uranın istismarı narahatlıq doğurur. Ermənistanın Sünik vliayətinin 9 ictimai təşkilatı prezident Serj Sarqsyana müraciət edərək Lernadzorda uran yataqlarının kəşviyyat işlərini dayandırmağı tələb edir. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, “Sabit İnkişaf” İctimai Birliyinin sədri Armen Parsadanyanın sözlərinə görə, regionun əhalisi aparılan kəşviyyat işlərindən çox narahatdır: “Ermənistanın miqyaslarını və uran yataqlarının istismarının ətraf mühitə və insanların sağlamlığına mənfi təsirini nəzərə alaraq düşünür ki, bu proqram bizim milli təhlükəsizliyimiz üçün böyük təhdiddir”.
İctimai təşkilatın Sünik vilayətində 13850 vətəndaş arasında apardığı sorğuya görə, sakinlərin 99 faizi Ermənistanda uran yataqlarının istismarını yolverilməz sayır.
“Sorğu iştirakçlarının imzalarının nəticəsinə laqeyd qalması Ermənistan hakimiyyətinə sakinlərin etibarını sıfıra endirir. Bu vətəndaşları mübarizəyə qalxması üçün böyük səbəbdir”,- deyə 9 təşkilatın verdiyi birgə bəyanatda bildirilir.
DOSTLARINLA PAYLAŞ: