Uqo Çavezi balzamlamaq mümkün olmadı
14 Mart 2013 Cümə Axşamı 08:27
Venesuela prezidentininm meyidini mavzoleyə qoymaq planı baş tutmadı.
Martın 5-də dünyasını dəyişmiş Venesuela prezidenti Uqo Çavesin meyidi balzamlanaraq, mavzoleyə qoyulmayacaq. Bu barədə prezident səlahiyyətlərini müvəqqəti olaraq icra edən vitse-prezident Nikolas Maduro açıqlama verib. Onun sözlərinə görə, Uqo Çavesin meyidinin də Lenin, Ho Şi Min və Mao Tszedun kimi balzamlanaraq mavzoleyə qoyulması planı təxirə salınır.
Buna səbəb balzamlama prosedurunu həyata keçirmək üçün Venesuelaya gələn Rusiya və Almaniya mütəxəssislərinin bu prosesi həyata keçirməkdən imtina etmələri olub. Mütəxəssislər balzamlama üçün Uqo Çaves ölən kimi müəyyən prosedurların həyata keçirilməli olduğunu, bu edilmədiyi üçün də artıq gec olduğunu bildiriblər. Beləliklə, Venesuela prezidentinin dəfn edilməsinə qərar verilib.
Bu arada, Uqo Çavesin ölümü ilə əlaqədar rəsmi matəm martın 15-dək uzadılıb. Dünən BMT-nin Baş Assambleyasında da Uqo Çavesin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
DOSTLARINLA PAYLAŞ: