Uqo Çavez: “Obama Nobelə layiq deyil!”
12 Oktyabr 2009 Bazar Ertəsi 03:00
Venesuellanın prezidenti Uqo Çaves Nobel sülh mükafatının ABŞ prezidenti Barak Obamaya verilməsini tənqid edib
Venesuellanın prezidenti Uqo Çaves Nobel sülh mükafatının ABŞ prezidenti Barak Obamaya verilməsini tənqid edib. ANS PRESS “Cihan”a istinadən xəbər verir ki, Çaves bu mükafatın Obamanın xəyallarına verildiyini deyib. “Obama bu mükafata layiq olacaq nə edib ki? Münsiflər heyəti onun İraq və Əfqanıstanda hərbi birliklərin qalmasını təmin etməkdəki rolunu və Kolumbiyada yeni hərbi baza yaratmaq qərarlarını unudaraq, `nüvə silahlarından təmizlənmiş dünya` ümidlərinin üstündə dayanıb”.
Uqo Çavez həmçinin ilk dəfə bir kimsənin ümidlərini dilə gətirdiyi üçün mükafata layiq görüldüyünü bildirib. “İlk dəfə bir nəfərin aldığı mükafata layiq heç nə etmədiyinə şahid oluruq. Və bir nəfərin həyata keçirilməsi çətin bir ümidi dilə gətirdiyi üçün mükafatlandırıldığını görürük”.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: