Uqo Çavesin vəziyyəti yenidən pisləşib
04 Yanvar 2013 Cümə 11:22
Venesuela prezidentində nəfəs çatışmazlığı yaranıb.
Uqo Çavesin səhhəti yenidən pisləşib. ANS PRESS Venesuela İnformasiya Nazirliyinin açıqlamasına istinadən bildirilir ki, Çavesdə nəfəs çatışmazlığı yaranıb.
Xərçəng xəstəliyindən əziyyət çəkən 58 yaşlı Çaves dekabrın 11-də Havana klinikalarından birində əməliyyat olunub. Bu, onun 2011-ci ilin yayından bəri məruz qaldığı dördüncü cərrahiyyə əməliyyatıdır.
Hazırda Venesuela prezidentinin səlahiyyətlərini vitse-prezident Nikolas Maduro yerinə yetirir. Dekabrın 27-də prezidentinin səlahiyyətlərinin bir qismi Maduroya verilib.
DOSTLARINLA PAYLAŞ: