Uqo Çavesdən “Twitter” rekordu
01 Sentyabr 2011 Cümə Axşamı 04:10
Venesuela prezidentinin sosial şəbəkədəki izləyicilərinin sayı 2 milyona çatıb
Venesuela prezidenti Uqo Çavesin “Twitter” sosial şəbəkəsindəki mikrobloqunun ziyarətçilərinin sayı 2 milyona çatıb. Bunu “Bolivar inqilabı”nın lideri Venesuela paytaxtındakı hərbi hospitaldan göndərdiyi ismarışda bildirib. Uqo Çaves avqustun 27-dən hospitalda kimya terapiyası kursu keçir.
Uqo Çaves “Twitter”də ötən ilin aprelində debüt edib. Amma o qısa vaxt ərzində kütləvi sosial şəbəkədə ən populyan venesuelalı istifadəçiyə çevrilib. Uqo Çavesin qısa, lakin emosional ismarışları hələ ötən ilin sentyabrında 1 milyon istifadəçinin diqqətini cəlb edib. Veensuela prezidentinin ismarışlarını diqqətlə izləyənlər arasında bir ençə Latın Amerikası ölkəsinin başçısı da var.
Uqo Çavesin ismarışlarının xarakteri çeşidlidir. Dövlət başçısı təkcə rəsmi bəyanatlar vermir, həm də Venesuala və digər blkələrdə baş verən vacib hadisələri şərh edir, yaxın dostlarına - Kuba inqilabının lideri Fidel Kastroya, Boliviya prezidenti Evo Moralesə, Argentinanın dövlət başçısı Kristina Fernandesə, eləcə də bir sıra başqa dövlət xadimlərinə təbriklərini çatdırır.
Son vaxtlar Veensuela prezidentinin tvitlərinin əsas mövzusunu üzləşdiyi onkoloji xəstəliyə qarşı mübarizə təşkil edir.
DOSTLARINLA PAYLAŞ: