Uqo Çaves yenidən xərçəngə tutuldu
09 Dekabr 2012 Bazar 12:06
Kubadakı son tibbi müayinə zamanı həkimlər Uqo Çavesdə yeni bədxassəli şiş aşkarlayıblar.
Venesuela prezidenti Uqo Çaves bildirib ki, Kubadakı son tibbi müayinə zamanı həkimlər onda yeni bədxassəli şiş aşkarlayıblar. ANS PRESS-İN İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Uqo Çaves bunu milli televiziya ilə çıxışında deyib. "Yaxın günlərdə yeni tibbi müdaxiləyə ehtiyac var".
Uqo Çavesin sözlərinə görə, bu gün yenidən Havanaya yollanacaq. Onu orada əməliyyat edəcəklər. Ötən ilin ortalarından 58 yaşlı Venesuela prezidenti Kubada üç dəfə əməliyyat olunub. Bundan başqa, o, bir neçə kimyəvi və şüa terapiyası keçirib.
DOSTLARINLA PAYLAŞ: