Uqo Çaves səlahiyyətlərinin bir hissəsi tabeliyindəki məmurlara ötürdü
17 İyul 2011 Bazar 03:45
Venesuela lideri xərçəng xəstəliyinin müalicəsini davam etdirmək üçün Kubaya qayıdır.
Venesuela prezidenti Uqo Çaves ölkənin idarə edilməsi səlahiyyətlərinin bir hissəsini silahdaşları arasında bölüşdürüb. Milli televiziya ilə çıxış ediən Venesuela lideri bildirib ki, səlahiyyətlərinin bir hissəsini baş nazirin müavini Elias Xoaya verir. Bundan başqa, planlaşdırma və maliyyə naziri Xorxe Cordaniyə də bəzi əlavə səlahiyyətlər verilib.

Qeyd edək ki, Venesuala parlamenti ölkə lideri Uqo Çavesin müalicəsini davam etdirmək üçün Kubaya yollanmasına razılıq verib. Qərara səs verənlər yekdilliklə bildiriblər ki, dövlət başçısı Havanada kimya terapiyasından keçmək üçün ölkəni tərk edə bilər. Bu məsələ ilə bağlı qızğın debatlar olub. Müxalifət tərəfdarları prezidentin tibbi yardıb almaq hüququnu etiraf etsələr də, Uqo Çavesin xaricdə olduğu müddətdə hakimiyyətdə qalmasını məqsədəuyğun saymadıqlarını bildiriblər.

Uqo Çaves xərçəng xəstəliyinin müalicəsinin növbəti mərhələsi üçün Kubaya gedir. O, Havanada kimya terapiyası kursu keçəcək.

Uqo Çaves iyunun 10-da Kubada əməliyyat olunub. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olsa da, xəstəliyin növü və dərəcəsi məlum deyil.

Venesuela lideri iyulun 4-də ölkəyə qayıtsa da, onun səhhəti ilə bağlı söz-söhbətlər səngimir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar