Uqo Çaves sarayının qapısını evsizlərə açıb
30 Noyabr 2010 Çərşənbə Axşamı 06:05
Dövlət televiziyasında çıxış edən Çaves sarayda 20 ailənin rahatlıqla yaşaya biləcəyini deyib
Venesuellanın prezidenti Uqo Çaves paytaxt Karakasda olan “Miraflores” sarayını evsizlərin üzünə açıb. Buna səbəb son günlər ölkədə yağan aramsız yağışlardır. Hakimiyyətdə olduğu 11 il ərzində mənzil problemini həll edə bilmədiyi üçün tənqid edilən Çaves evi olmayan 25 ailəni saraya çağırıb. Dövlət televiziyasında çıxış edən Çaves sarayda 20 ailənin rahatlıqla istifadə edə biləcəyi böyüklükdə mətbəx olduğunu, sarayda olan bəzi bürolardan da mənzil kimi istifadə edilə biləcəyini deyib.

Qeyd edək ki, artıq bir neçə həftədir Venesuellada yağış yağır, şiddətli yağış selə və torpaq sürüşməsinə səbəb olub. Nəticədə 10-dan çox insan ölüb və minlərlə insan evini tərk edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar