Uqo Çaves Rusiyaya səfərə hazırlaşır
09 Oktyabr 2010 Şənbə 02:40
Uqo Çaves Rusiyaya səfərə hazırlaşır. Səfər zamanı Rusiya-Venesuela müştərək bankının yaradılması ilə bağlı saziş imzalanacaq.
Venesuela prezidenti Uqo Çaves oktyabrın 14-15-də Rusiyaya səfər edəcək. ANS PRESS “Vesti” telekanalına istinadən xəbər verir ki, bunu Venesuela prezidenti rusiyalı həmkarı ilə ötən günkü telefon danışığı zamanı deyib. Telefon söhbətində səfərin detalları müzakirə olunub.
Telefon danışığı barədə məlumat verən Uqo Çaves deyib ki, Rusiya-Venesuela müştərək bankının yaradılması ilə bağlı sənəd imzalanmaq üçün hazırdır. Onun sözlərinə görə, bankın yaradılması Venesuelanın müstəqilliyi istiqamətində növbəti addım olacaq.
Venesuela prezidenti bildirib ki, Moskvaya səfəri çərçivəsində Rusiyanın dövlət başçısı Dmitri Medvedev və baş nazir Vladimir Putinlə görüşəcək. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: