Uqo Çaves Obamanı "yıxıb sürüdü"
15 Dekabr 2009 Çərşənbə Axşamı 16:50
Venesuela prezidenti ABŞ siyasətini kəskin tənqid edib
Venesuela prezidenti Uqo Çaves ABŞ-ın yürütdüyü siyasəti kəskin tənqid edib. Barak Obamanı “Nobel Müharibə Mükafatı” laureatı adlandıran Uqo Çavez Birləşmiş Ştatların Venesuelanı hərbi bazalarla mühasirəyə aldığını bildirib.
“Amerika Birləşmiş Ştatları minlərlə baza yaratsa belə, Venesuelaya qalib gələ bilməyəcək. Bilin ki, Barak Obama Nobel Müharibə Mükafatı laureatıdır”,- deyə Uqo Çaves Havanada keçirilən “Bizim Amerika Xalqları Alyansı”ın sammitində çıxışı zamanı belə deyib.
O, həmçinin ABŞ-ın dövlət katibi Hillari Klintonun Boliviya və Venesuelanın arzuolunmaz nəticələrlə üzləşə biləcəyi ilə bağlı son xəbərdarlığını da şərh edib. Bunun ağılsız hədə olduğunu və heç kimdən qorxmadıqlarını deyən Uqo Çavez İran xalqı və hökuməti ilə münasibətləri hər gün daha da gücləndirəcəklərini söyləyib.
O, İran prezidenti Mahmud Əhmədinejadın Latın Amerikası ölkələrinə son səfərini xatırladaraq, bu ölkə ilə əlaqələri təkcə Venesuelanın genişləndirməyəcəyini əlavə edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: