Uqo Çaves Müammər Qəddafini dəstəklədi
24 Avqust 2011 Çərşənbə 01:02
“Venesuela yalnız onun başçılıq etdiyi Liviya hökumətini tanıyır”
“Venesuela yalnız Müammər Qəddafinin başçılıq etdiyi Liviya hökumətini tanyır”. Bu bəyanatla Venesuela prezidenti Uqo Çaves Nazirlər Şurasının iclasında çıxış edib. Boliviya inqilabının lideri bildirib xəbərdarlıq edib ki, Liviyada baş verənlər onun ölkəsində heç vaxt təkrarlana bilməz.

“Bəzi ağılsızlar bəyan edirlər ki, Çaves də Qəddafi kimidir, Veensuela da Liviyadır. Lakin onların bu nömrəsi keçməyəcək. Həm imperiya, həm də də nökərləri üçün bu formul işləməyib və işləməyəcək”, - Uqo Çaves bildirib.

Venesuela prezidentinin sözlərinə görə, Liviyadakı hadisələr “xalqları it kimi boğuşduran” imperialistlərin strategiyasının nəticəsidir: “İmperialistlər Liviyanı vətəndaş müharibəsi həddinə cətirdilər, orada muzdlular və silahın yardımı ilə it döyüşü təşkil etdilər. İndi isə onlar Liviyanın valyuta ehtiyatları və neftini alırlar”.

Uqo Çavesin fikrincə, Qərb fövqəldövlətləri beynəlxalq hüququn ən elementar prinsiplərinə ayaqlarını siliblər.

Xatırladaq ki, Müammər Qəddafinin yeri məlu deyil. Lakin hələ bir neçə gün əvvəl dünya KİV-i ehtimal irəli sürmüşdülər ki, o, Venesuelaya qaçmağa hazırlışır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar