Venesuela lideri Uqo Çaves Kremldə neft-qaz sahəsində əməkdaşlıqla bağlı sazişin imzalayacağı gözlənilir.
Venesuela prezidenti Uqo Çaves bu gün Moskvaya səfər edəcək. İki günlü səfər proqramına Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə danışıqlar daxildir. Neft-qaz sahəsində əməkdaşlıqla bağlı sazişin imzalanması da gözlənilir.
Uqo Çaves Moskva Minskdən gedəcək. Venesuela lideri Minskdə Belarus prezidenti Aleksandr Lukaşenko və digər ölkə rəsmiləri ilə görüşüb. Görüşlərin müzakirə mövzusu bircə iqtisadi layihələrin inkişafı məsələləri olub.
ANSPRESS