Uqo Çaves Kubada müalicədən sonra ölkəsinə qayıdır
05 Aprel 2012 Cümə Axşamı 03:19
Venesuela prezidentinin növbəti şüa terapiyası kursu başa çatıb
Veensuela prezidenti Uqo Çave Kubada növbəti şüa terapiyası kursundan sonra yaxın saatlarda ölkəsinə yollanacaq. Məlumatı Venesuealının vitse-prezidenti Elias Xaua deyib. O, “Univision” telekanalının evirində bildirib ki, Uqo Çavesin müalicə kursu uğurlu alınıb.

Bu arada isə venesuelalı həkim Xose Rafael Markina bildirib ki, bazar ertəsi Havanada keçirilən şüa terapiyasından sonra Uqo Çavesin bağırsaqlarında xəstəlik aşkarlanıb.

Vitse-prezident Elias Xaua deyib ki, Uqo Çaves Kubada olduğu müddətdə fəal həyat tərzi keçirib. Lakin Venesuela prezidenti indiyədək teleekranlarda görünməyib və yalnız “Twitter”də bir neçə ismarış yerləşdirib.

“Bu bir neçə gün ərzində biz Uqo Çaveslə müntəzəm telefon əlaqəsində olmuşuq”, - deyən vitse-prezidentin sözlərinə görə, dövlət başçısı Venesuelada baş verənlər barədə tam məlumatlıdır.

Qeyd edək ki, ötən istirahət günləri Uqo Çaves yaydan bu yana yeddinci dəfə Kbuaya müalicəyə yollanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar