Venesuela prezidenti Uqo Çaves onunla eyni ictimai-siyasi fikirləri bölüşməyən Latın Amerikalı ziyalıları nümayəndələrini müzakirələrə dəvət edib. RBC-nın məlumatına görə, U. Çaves öz ideoloji əleyhdarları ilə “Allo Prezident” həftəlik verilişində görüşmək istəyir.
Qeyd edək ki, daha əvvəllər prezidentin əleydarları, xüsusilə Peru yazıçısı Mario Varqas Losa yalnız ona və digər ictimai xadimlərə öz fikirlərini ifadə etməyə imkan verildiyi halda U.Çaves ilə açıq danışıqlarda iştirak etməyə hazır olduğu bildirib.
Qeyd edək ki, Çavesin verilişində əsasən onun tərəfdarları çıxış edir. Veriliş ilk dəfə 1999–cu ilin mayında efirə çıxıb və əhalidə böyük maraq doğurub. Verilişdə iki-üç saat danışır və suallara cavab verməkdən yorulanda isə mahnı oxuyur və ya lətifə danışır. /ANS PRESS/