Uqo Çaves dünyanın ən uzun Anqel şəlaləsinin adını dəyişdirib
21 Dekabr 2009 Bazar Ertəsi 01:45
Amerikalı səyyahın aıdını daşıyan şəlaləyə regiona uyğun ad verilib
Venesuellanın prezidenti Uqo Çaves dünyanın ən uzun şəlaləsi olan “Anqel” şəlaləsinin adını dəyişdirib. Prezident şəlaləyə, regiona uyğun olan "Kerepakupai Meru" adını verib. Qeyd edək ki, amerikalı səyyah Cimi Anqel 1930-cu ildə bu şəlalənin yanında təyyarə ilə qəzaya uğramış, o vaxtdan bəri bu yerin adı “Anqel” şəlaləsi qalmışdı. Uqo Çaves isə, bu şəlalənin regiona aid olduğunu, Cimi Anqelin bu yerə sadəcə 1930-cu ildə gəldiyini, yerlilərin isə minlərlə il əvvəl bu şəlalədən xəbərdar olduğunu vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: