Uqo Çaves ABŞ-ı ona qarşı sui-qəsd hazırlamaqda günahlandırdı
25 İyul 2010 Bazar 04:20
Uqo Çaves: “Bilirəm ki, barəmdə ölüm hökmü çıxarılıb, amma şantaj və təhdidlərə boyun əyməyəcəm”.
Venesuela prezidenti Uqo Çaves ABŞ tərəfindən ona qarşı sui-qəsd və Venesuelada hakimiyyət çevrilişi hazırlandığını iddia edib. O, bu bəyanatı Venesuelanın milli qəhrəmanı Simon Bolivarın 227 illiyi ilə bağlı mərasimdəki çıxışı zamanı verib. Uqo Çaves bildirib ki, bu barədə məlumatları Birləşmiş Ştatlardakı etibarlı mənbədən alıb.

Uqo Çaves ona ünvanlanan xəbərdarlıq məktubundan müəyyən hissələri oxuyub. Məktubda xəbərdarlıq edilir ki, Karakasdan kənarda onun həyatına sui-qəsb hazırlanır. Bundan başqa, Uqo Çavesə məlumat verən mənbə bildirib ki, Venesuelaya qarşı təcavüz cəhdi ola bilər. Hücumda ABŞ qoşunları da iştirak etməlidir: “Bilirəm ki, barəmdə ölüm hökmü çıxarılıb. Lakin mən şantaj və təhdidlərə boyun əyməyəcəm”. Uqo Çaves Venesuela xalqını ondan nümunə götürməyə çağırıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar