Uqandada kiçik böcəklərin yaydığı xəstəlik 20 nəfərin ölümünə səbəb olub
23 Oktyabr 2010 Şənbə 04:05
İnsanın qanını soran və qısa vaxt ərizndə minlərlə çoxalan böcəyin dişlədiyi yerdə çürümə meydana gəlir.
Uqandada birəyə bənzəyən kiçik bir böcəyin yaydığı xəstəlik nəticəsində son iki ayda 20 nəfər ölüb. Səhiyyə naziri Ceyms Kakoza bu böcəklərin xüsusilə azyaşlılar və xəstə insanlar üzərində daha çox təsir gücünə malik olduğunu deyib. Məlumata görə, ölkədə son iki ayda 20 min nəfərə yaxın insan bu böcəklərin yoluxdurduğu xəstəliyə düçar olub.

Qeyd edək ki, birəyə bənzyən bu böcəklər insan bədəninə çox vaxt ayaqdan daxil olur. İnsanın qanını soran və qısa vaxt ərizndə minlərlə çoxalan böcəyin dişlədiyi yerdə çürümə meydana gəlir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar