Uqanda prezidenti özünün rep albomunu buraxacaq
18 Fevral 2011 Cümə 03:38
Onun mahnıları yerli radiostansiyalarda hitə çevrilib
Uqanda prezidenti Yoveri Museveni bəyan edib ki, özünün ifasında səslənən rep mahnılarından ibarət albom buraxacaq. Həmin mahnılar son vaxtlar yerli radiolarda hitə çevrilib.
Son aylarda seçkiqabağı təşviqat çərçivaəsində keçirilən mitinqlər zamanı Yoveri Museveni mahnılar oxuyub. Sonradan müsmiqi prodüsserləri prezident tərəfindən ifa edilən mahnıları hip-hop stilində yenidən işləyiblər.
Qeyd edək ki, bu gün Uqandada son 30 il ərzində ilk dəfə çoxpartiyalı prezident və parlament seçkiləri keçiriləcək. Ekspertlərin əksəriyyəti 25 ildir ölkəyə rəhbərlik edən Yoveri Museveninin bu dəfə də qalib gələcəyini proqnozlaşdırırlar.
DOSTLARINLA PAYLAŞ: