Uorlik Krımla Dağlıq Qarabağı müqayisə etdi
10 Mart 2014 Bazar Ertəsi 14:24
Amerikalı həmsədr Ukrayna hadisələrinin Qarabağ münaqişəsinin həllinə təsir göstərəcəyi ehtimalını araşdırır.
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ukrayna hadisələri ilə Dağlıq Qarabağ münaqişəsi arasında paralel aparıb.
ANS PRESS-in məlumatına görə, diplomat bu barədə özünün rəsmi Twitter səhifəsində yazıb.
O, Ukrayna hadisələrinin Dağlıq Qarabağ münaqişəsinin müsbət həll olunmasına təsiri ehtimalını qabardıb: "Ukrayna hadisələrinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini ehtimal etmək olarmı?".
DOSTLARINLA PAYLAŞ: