Ümumdünya AİDS-lə Mübarizə günü
30 Noyabr 2009 Bazar Ertəsi 14:45
Sabah 1 dekabr - Ümumdünya AİDS-lə Mübarizə günüdür. Bu gün artıq 21 ildir bütün dünyada geniş qeyd olunur.
BMT-nin İctimai İnformasiya Departamentindən APA-ya verilən məlumata görə, Ümumdünya AİDS-lə Mübarizə günü ilk dəfə HİV haqda bilikləri artırmaq, onunla mübarizə üçün maliyyə dəstəyini səfərbər etmək və HİV-ə dair xurafatı aradan qaldırmaq məqsədilə 1988-ci ildə qeyd olunub. 2009-cu ildə isə Ümumdünya AİDS-lə Mübarizə günü HIV/AIDS-in mövcudluğu və ona qarşı mübarizə tədbirlərinə ehtiyacı vurğulayan “Ümumi İstifadə İmkanları və İnsan Hüquqları” mövzusuna həsr edilib.

Ümumdünya AİDS Kampaniyası 2001-ci ildə BMT Baş Assambleyasının xüsusi sessiyasında qəbul olunmuş Öhdəlik Bəyannaməsinin ölkələrdə müvəffəqiyyətlə icra olunmasında mühüm rol oynayır. Dövlətlər tərəfindən götürülən öhdəliklər “AİDS-i dayandırın. Vədinizə əməl edin” şuarı altında yerinə yetirilir.

UNAIDS nümayəndəlikləri 80-dən artıq ölkədə mövcuddur və artıq UNAIDS-in Azərbaycan ofisi də fəaliyyət göstərir. Azərbaycanda BMT-nin HİV-ə qarşı proqramları HİV üzrə Birgə Qrup tərəfindən tənzimlənir və ona sədrlik UNAIDS tərəfindən həyata keçirilir.

Azərbaycanda HİV-ə yoluxma aşağı səviyyədə olub, əsasən inyeksiya və cinsi yollarla ötürülür. Gələcək illərdə HİV-ə qarşı mübarizə proqramının nəticələrini gücləndirmək məqsədilə BMT-nin HİV-ə dair proqramı 2009-2011-ci illərdə birgə tədbirlər planı çərçivəsində ölkədə prioritet olan sahələrdə çalışacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar