Ukraynanın şərqinə xüsusi-təyinatlılar göndərildi
13 Aprel 2014 Bazar 13:47
Luqanskda isə inzibati binanın işğalı davam edir.
Ukraynanın Luqansk şəhərində regional Təhlükəsizlik Xidmətinin baş qərargahında etiraz aksiyası bu gün də davam edib. Rusiya-yönümlü etirazçılar Luqanskda referendumun keçirilməsini tələb edirlər. Etirazçılar binanın ətrafında barrikadalar qurublar.

Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidmətinin binası çərşənbə axşamı Luqansk və Donetskdə ələ keçirilən bir neçə hökumət binasından biridir.

Bu arada, Ukraynanın daxili işlər naziri Baş polis idarəsinin silahlı şəxslər tərəfindən ələ keçirildiyi Donetsk vilayətinin Slovyansk şəhərinə xüsusi-təyinatlı qüvvələrin göndərildiyini açıqlayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar