Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko yenidən ifadə verəcək
19 Fevral 2011 Şənbə 19:14
Yuliya Timoşenko Baş Prokurorluğa çağırılıb.
Ukraynanın Baş Prokurorluğu ölkənin sabiq baş naziri Yuliya Timoşenkonu yenidən ifadə verməyə çağırıb. Keçmiş baş nazirin rəhbərlik etdiyi partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, sabiq hökumət başçısının fevralın 21-də yenidən ifadəsi alınacaq.


Xatırladaq ki, Yuliya Timoşenko Kioto protokolu çərçivəsində parnik qazı tullantılarına görə tətbiq olunan kvotaların satışında əldə olunan vəsaitlərin xərclənməsində ittiham edilir. Ukrayna sabiq baş naziri mütəmadi olaraq Baş Prokurorluğa ifadə verməyə çağırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar