Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko həbs olunub
05 Avqust 2011 Cümə 19:14
Yuliya Timoşenko ifadə verdiyi məhkəmə zalından birbaşa istintaq təcridxanasına aparılacaq.
Kiyev rayon Peçorsk məhkəməsinin hakimi Rodion Kireyev Ukraynanın sabiq baş naziri Yuliya Timoşenkonun həbs olunması barədə vəsatəti təmin edib. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Yuliya Timoşenko barədə həbs qərarı onun məhkəmədə şahidlərin ifadə verməsinə mane olması, prosesi sistemli şəkildə pozması ilə əsaslandırılıb. Hakim qərarı elan etdikdən sonra bir neçə milis əməkdaşı məhkəmə zalına daxil olub və Yuliya Timoşenkonun əyləşdiyi masanı dövrəyə alıblar. Hazırda məhkəmə prosesi yekulaşmaqdadır, Yuliya Timoşenkonun məhkəmə zalından həbs olunaraq istintaq təcridxanasına aparılacağı gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: