Ukraynanın dəliqanlı qızlarını oğurlayıblar
17 İyun 2012 Bazar 13:55
"Femen" qadın təşkilatının 3 üzvü yoxa çıxıb.
Bütün dünyaya səs salan Ukraynanın məşhur "Femen" qadın təşkilatının 3 üzvü qaçırılıb. Ukrayna və Polşanın birgə təşkil etdiyi Avropa Futbol Çempionatına ukraynalı fəal qadınlar təşkilatı "Femen”in üzvlərinin yoxa çıxması kölgə saldı. "Femen”lərin etiraz hazırlıqları aparılan Donetsk şəhərindəki Ukrayna-Fransa matçı öncəsi silahlı 15 nəfər tərəfindən qaçırıldıqları iddia edilir.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 15 nəfər kişi “Femen”nin üzvləri Aleksandra Şevçenko, Anna Bolşakova və Yana Zdanovanı izləməyə başlayıblar. Aktivistlər daha sonra iki qrupa ayrılıblar. Birinci Şevçenko ilə əlaqə kəsilib. Təxminən 1 saat sonra da Bolşakova və Zdanovadan xəbər çıxmayıb. “Femen”lərin internet səhifələrində onları izləyən şəxslərin Ukrayna mühafizə agentlərinə oxşadıqları haqda yazılar yerləşdirilib.
İngiltərənin The Guardian qəzetinə açıqlama verən təşkilat üzvü Anna Gutsol bildirib ki, itən yoldaşlarının harada olduqlarını bilmirlər: "Onları qaçıran şəxslərin bölgədə yaşayan bir oliqarx ilə əlaqəli olduğunu düşünürük".
"Femen"in kömək istədiyi Donetsk polisi isə qaçırlan qızlarla bağlı heç bir məlumat əldə etmədilərini bildiriblər. Təşkilat üzvləri daha öncə də qaçırılmışdılar.
DOSTLARINLA PAYLAŞ: