Ukraynanın baş naziri yolda qaldı
25 Mart 2013 Bazar Ertəsi 01:24
Kiyevdəki vəziyyəti yoxlayan Nikolay Azarovun maşını qarlı yolda “ilişib”.
Ukraynanın baş naziri Nikolay Azarov ötən gün Kiyevdə yolların qardan təmizlənməsi işlərini yoxlamaq üçün şəhəri gəzərkən yolda qalıb. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, onun maşını Dnepr çayı üzərindəki körpüdə “ilişib”.
Baş nazir bildiribk i, kommunal xidmətlərin əsas vəzifəsi yaxın günlərdə yolların hərəkət hissəsini qardan təmizləmək, yollarda qalan avtomobillərin çıxarılmasıdır. “Vəziyyət ağırdır. Əlavə qüvvə və vəsait, o cümlədən, əlavə maliyyə resursları lazımdır”, - baş nazir deyib.
Qeyd edək ki, Kiyevdə cümə günündən dayanmadan qar yağır. Uukrayna paytaxtında fövqəladə vəziyyət elan edilib, əsas nəqliyyat vasitəsi metrodur. Çünki şəhərdə avtomobillərin hərəkəti qeyri-mümkündür. Sinoptiklər qarın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırırlar.
DOSTLARINLA PAYLAŞ: