Ukraynanın 3 şəhəri Krıma birləşmək istəyir
04 Mart 2014 Çərşənbə Axşamı 00:57
Krım Muxtar Respublikasında martın 30-da referendum keçiriləcək.
Ukraynanın Odessa, Nikolayev və Xerson şəhər rəhbərləri Krım Muxtar Respublikasının tərkibinə qatılmaq istədiklərini bəyan edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Krımın yeni hökuməti açıqlama verib. Krım Ali Şurasının vitse spikeri Sergey Çekov bildirib ki, hər üç şəhər bölgədə keçiriləcək referendum nəticəsində səlahiyyətlərinin genişləndilirməsi şərtilə Krımın tərkibinə qatılmağa razılıq verib.
“Şəhərlərin yerli hakimiyyət nümayəndələri bizə müraciətlərində bildiriblər ki, Odessa, Nikolayev və Xerson Krımla birlikdə olmalıdır”, deyə S.Çekov bildirib.

Qeyd edək ki, Krım Muxtar Respublikasında martın 30-da referendum keçiriləcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar