Ukraynalılar ruslarla döyüşə hazırdırmı?
06 May 2014 Çərşənbə Axşamı 21:25
Respondentlərin 39,3%-i Ukrayna ordusunu, 2,1%-i isə Rusiyanı dəstəkləyəcək.
Rusiyadan hərbi təcavüz olarsa, bir neçə milyon ukraynalı döyüşə getməyə hazırdır.
ANS PRESS-in məlumatına görə, bu barədə Razumkov Mərkəzinin apardığı sorğunun nəticəsində məlum olub. Rəyi soruşulanlar həm orduda, həm də gizli diversiya qruplarında mübarizə aparmağa hazırdırlar.
Sorğuya cəlb olunanların 45,3%-i inanır ki, Rusiya ordusu Ukraynaya hücum edə bilər. O cümlədən 38,7%-i buna tam əmindir. Rusiya təcavüzü olarsa, rəyi soruşulanların 13,9%-i bildirib ki, Ukrayna ordusuna könüllü vuruşmağa gedəcək. 10,3% isə partizan dəstəsində vuruşmaq istədiyini bildirib. Rusiya tərəfində vuruşmaq istəyənlərin sayı isə uyğun olaraq 0,6% və 1,1% olub.
Rəyi soruşulanların 39,3%-i bildirib ki, Ukrayna ordusunu dəstəkləyəcək, 2,1% isə Rusiya tərəfdarı olduğunu deyib.
DOSTLARINLA PAYLAŞ: