Ukraynalı oliqarx 125 milyon avro qarşılığında azadlığa çıxdı
14 Mart 2014 Cümə 22:48
Dmitri Firtaş Avstriya məhkəməsi tərəfindən azadlığa buraxılıb.
Ukraynalı milyarder Dmitri Firtaş Avstriya məhkəməsi tərəfindən azadlığa buraxılıb. ANS PRESS-in məlumatına görə, ukraynalı oliqarx 125 milyon avro qarşılığında azadlığa qovuşub.

Avstriya polisi tərəfindən həbs edilən 48 yaşlı iş adamı 2006-cı ildən Federal Təhqiqat Bürosunun axtarışında imiş. Ukraynada varlı insanlar arasında 3.327 milyard dollarla 4-cü yerdə qərarlaşan Firtaş mütəşəkkil cinayətkar qrupunu yaratdığına görə ittiham edilir. Vyana polisinin məlumatına görə, Ukraynalı iş adamı 2004-cü ildə Rusiyanın “Qazprom” şirkətilə birgə Rusiya qazının Ukrayna və Avropa ölkələrinə tranzit edilməsi üçün “Rosukrenerqo” şirkətini yaradıb.

Qeyd edək ki, Dmitri Firtaşın həbs edilməsi zamanı Avstriyanın xüsusu təyinatlı “Kobra” qrupunun əməkdaşları da yaxından iştirak edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar