Ukraynalı komandir Vladimir Sadovik qaçırıldı
10 Mart 2014 Bazar Ertəsi 09:47
Baxçasarayda Ukrayna hərbi hissəsinin komandiri podpolkovnik Vladimir Sadovik qaçırılıb.
ANS PRESS-in məlumatına görə, komandir hərbi hissəyə gedərkən rusiyayönümlü naməlum şəxslər zabiti zorla maşına oturdaraq oradan uzaqlaşıblar. Zabiti son olaraq "Rusiya birliyi" partiyasının Baxçasaray ofisində görüblər. Hərbçilər onun qaytarılması tələbi ilə partiya ofisinə gedərkən onlara komandirin orada olmadığını deyiblər.
Qeyd edək ki, ötən gün həmçinin Simferopolun beynəlxalq vağzalına ÜmumKrım Ukrayna Radasının lideri Andrey Şekun da şəxsiyyəti hələlik müəyyənləşirilməmiş şəxslər tərəfindən qaçırılıb.
DOSTLARINLA PAYLAŞ: