Ukraynalı hərbçilərin Krımı tərk etmələri üçün şərait yaradılacaq
19 Mart 2014 Çərşənbə 10:11
Krımda olan ukraynanlı hərbçilər maneəsiz olaraq bu ərazini tərk edə bilərlər.
ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov BBC telekanalına müsahibəsində deyib.
"Onlar seçim edə bilərlər. Ya Rusiya ordusunun tərkibinə daxil olacaq Krım qüvvələrinə birləşməlidirlər, ya da Krımı tərk edərək gedə bilərlər", - deyə D. Peskov bildirib.
Prezidentin mətbuat katibi həmçinin deyib ki, Rusiya yarımadada hazırlanan təxribatdan da xəbərdardır.
Qeyd edək ki, martın 18-də Rusiya prezidenti Vladimir Putin Krım və Sevastopolun Rusiya Federasiyasının tərkibinə daxil olmaq üçün yarımadanın yeni hökuməti ilə ikitərəfli razılaşma imzalayıb.
DOSTLARINLA PAYLAŞ: