Ukraynalı hərbçilər silaha əl atdılar
20 Mart 2014 Cümə Axşamı 09:27
Sevastopoldakı "Belbek" hərbi aerodomunun ərazisinə təxribatçıların soxulmaq cəhdinin qarşısı alınıb.
Sevastopolda "Belbek" hərbi aerodomunun ərazisinə təxribatçıların soxulmaq cəhdinin qarşısı alınıb.

ANS PRESS-in məlumatına görə, gecə saatlarında bir qrup şəxs işıq-səs qumbaralarından istifadə edərək hərbi hissənin ərazisinə girməyə çalışıblar. Ukraynalı əsgərlər silah tətbiq edərək cəhdin qarşısını alıblar.

Qeyd edək ki, martın 18-də Simferopol şəhərində ukraynalı hərbçi Kakurin ürəyindən güllə yarası alaraq ölmüşdü. O, avtoparkın qülləsində keşik çəkərkən vurulub. Bu insidentdən sonra Ukrayna Ordusunun Krımda yerləşən hərbi hissələrin şəxsi heyətinə silah işlətməyə icazə verilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar