Ukraynada yeni Çernobıl təhlükəsi
01 Avqust 2014 Cümə 06:50
Söhbət döyüşlər gedən ərazilərdə radioaktiv maddələr və tullantılar saxlanılan müəssisələrdən gedir.
Ukrayna müharibəsində yeni daha təhlükəli məqamlar üzə çıxmağa başlayır. ANS PRESS-in məlumatına görə, bu dəfə söhbət döyüşlər gedən ərazilərdə radioaktiv maddələr və tullantılar saxlanılan müəssisələrdən gedir.

Təkcə Luqansk onkologiya mərkəzi dağıdılarsa Avropa ərazilərində belə uzanan 100 kilometrlərlə məsafəni əhatə edən ekoloji faciə baş verə bilər. Ukraynanın cənub-şərq ərazisində yüzlərlə belə tibbi müəssisənin olduğunu nəzərə alsaq məsələnin nə dərəcədə ciddi olduğu sezilir.

Bundan əlavə döyüşlərin getdiyi ərazilərə çox yaxın məsafədə Dneprapetrovs və Xarkov bölgələr arası radioaktiv maddələrin basdırılması üzrə xüsusi kombinatlar da yer alır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar