Ukraynada taxılın qiyməti qalxıb
31 Avqust 2010 Çərşənbə Axşamı 10:50
Bahalaşma ilə əlaqədar Ukraynanın aqrar fondu taxıl alışını dayandırıb.
Ukraynada üçüncü sinif taxılın qiyməti son 1 həftədə 45 dollar artaraq 225 dollara qalxıb. Rəsmi məlumatlara görə, indi Ukraynada taxıl 2009-cu ilin eyni dövründəkindən 46 faiz baha satılır. Əsas taxıl istehsalçıları dünyadakı vəziyyətlə əlaqədar qiymət artımının bundan sonra da davam edəcəyini gözləyir.

Bahalaşma ilə əlaqədar Ukraynanın aqrar fondu taxıl alışını dayandırıb. Bu haqda baş nazirin müavini Viktor Saluta məlumat verib. O bildirib ki, fondun tədarükü dayandırmasının mənfi fəsadları olmayacaq.

Qiymətlərin artması Ukrayna kommunistləri tərəfindən də xoş qarşılanmayıb. Parlamentdəki Kommunist fraksiyasının sədri Pyotr Simonenko və deputatı Aleksandr Tkaçenko Ali Radada buğdanın ixracına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsini qeydiyyatdan keçiriblər. Onların təklifləri parlamentin növbəti iclaslarının birində müzakirəyə çıxarılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar