Ukraynada səfərbərlik elan edildi
17 Mart 2014 Bazar Ertəsi 13:16
Aleksandr qismən səfərbərlik haqda əmr imzalayıb.
Ukraynada qismən səfərbərlik elan olunub.

ANS PRESS-in məlumatına görə, Ukrayna prezidenti vəzifəsini icra edən, Ali Radanın spikeri Aleksandr Turçinov bununla bağlı əmr imzalayıb.

"Mən Krımdakı hadisələri nəzərə alaraq səfərbərlik əmri verdim", - deyə Aleksandr Turçinov bildirib.

Əmrin qüvvəyə minməsi üçün parlament tərəfindən dəstəklənməlidir.

Qeyd edək ki, bazar günü Krımda referendum keçirilib. İlkin mıəlumatlara görə, səsverənlərin 96,7 faizi Krımın Rusiyanın tərkibinə daxil edilməsinin lehinə səs verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar