Ukraynada şaxta 18 can aldı
18 Dekabr 2012 Çərşənbə Axşamı 02:41
Xəstəxanalara 100-dən çox adam yerləşdirilib.
Ukraynada kəskin soyuqlar nəticəsində 18 nəfər ölüb. ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, ölənlərdən 12-sini küçədə don vurub.
Səhiyyə Nazirliyindən bildirilib ki, müalicə müəssisələrinə 133 nəfər müraciət edib. Onlardan 108-i xəstəxanalara yerləşdirilib.
Daha çox ölüm halları Volın və Kiyev vilayətlərində qeydə alınıb - hər birində üç nəfər. Həkimə müraciət edənlərin sayı isə Donetsk, Lvov və Luqansk vilayətlərində daha çoxdur.
Qeyd edək ki, Ukraynada güclü şaxtalar qeydə alınıb. Ötən axşam 15-17 dəoəcə şaxta olub. Bu gün də ölkə ərazisində şaxtalı havanın davam edəcəyi gözlənilir.
DOSTLARINLA PAYLAŞ: