Ukraynada Rusiya məhsulları boykot edilir
15 Mart 2014 Şənbə 12:19
Dünyanın baş xəbəri hələ də Ukryana ətrafında baş verir. Referendum yaxınlaşdıqca iki ölkə sərhədində gərginlik də artır.
Amerika Birlşəmiş Ştatlarının dövlət katibi Con Kerri ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun London görüşü nəticəsiz başa çatıb. Beləliklə Krım sabah referenduma gedir. Referendum yaxınlaşdıqca iki ölkə sərhədində gərginlik də artır.

C.Kerri: “Rusiya siyasi kursunu dəyişməsə bu ona baha başa gələcək”

Rusiya Ukrayna ilə əlaqədar siyasi kursunu dəyişməyəcəyi təqdirdə bu rəsmi Moskvaya baha başa gələcək. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla görüşündən sonra mətbuat konfransında çıxışı zamanı bu cür açıqlama verib. Böyük Britaniyanın paytaxtı Londonda baş tutan görüş sonrasında Kerri bildirib ki, uzun müzakirələrə baxmayaraq, Lavrov prezident Vladimir Putinin Krım referendumundan öncə heç bir qərar qəbul etməməkdə qətiyyətli olduğunu qeyd edib. Kerri referendum qərarının Ukrayna konstitusiyasına zidd olduğunu vurğulayıb.

B.Obama: ”Ukraynanın suverenliyinə qarşı zorakılıq Rusiya üçün ağır nəticə vərəcək”

Prezident Barak Obama isə, növbəti dəfə Rusiyaya xəbərdarlıq edib və rəsmi Moskvanı qonşu ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməyə çağırıb.

ABŞ prezidenti, Barak Obama: “Ümid edirik ki, məsələnin sülh yolu ilə həll tapılacaq. Lakin Amerika Birləşmiş Ştatları və Avropa Ukraynanın ərazi bütövlüyü məsələsində mövqeni dəyişməyib. Ukraynanın suverenliyinə qarşı edilən zorakılıq Rusiya üçün ağır nəticələr doğuracaq”

Amerika səfərindən yeni qayıdan Ukraynanın baş naziri Arseniy Yatsenyukun xəbərləri isə ürəkaçan olmayıb. Hava limanında müsahibə verən Yatsenyuk Rusiyanın Krım məsələsində tərəflər arasında sülhə nail olunması üçün Ukrayna ilə danışıqlara getməkdən imtina etdiyini deyib.

Ukrayanın baş naziri, Arseniy Yatsenyuk: “Bizim mövqeyimizi dəyişməz olaraq qalır. Biz böhranlı vəziyyətin aradan qaldırılmasına əsas ola biləcək plan hazırlamışıq. Lakin onlar heç bir planı qəbul etmir, Rusiya Ukrayna sərhədlərinə tanklar, hərbi qüvvələr göndərməyə, həmçinin, Krım muxtar respublikasında mövqelərini gücləndirməyə davam edirlər”

Lvovda bir qrup fəal Rusiya məhsullarının boykot edilməsi üçün kampaniya başladıb. Fəallar adi ərzaq məhsullarından tutmuş Matryoşkalara qədər divarlarda anti-reklam xarakterli posterlər asıblar. Fəallar ölkədə satılan hər bir rus məhsulunun pulunun Rusiyaya getdiyini, ona görə də belə bir kampaniyaya start verdiklərini deyiblər.




DOSTLARINLA PAYLAŞ:

oyunlar