Ukraynada qrip qurbanları 213 olub
12 Noyabr 2009 Cümə Axşamı 01:20
Səhiyyə Nazirliyi: Virusa yoluxanların sayı 1 milyon 192 min 481 nəfərdir
Ukraynada qrip və kəskin respirator virus infeksiyalarından ölənlərin sayı 213-ə çatıb. Bu barədə məlumat ölkənin Səhiyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib.
Daha çox ölüm halları Lvov vilayətində qeydə alınıb. Bu vilayətdə infeksion xəstəliklərdən 81 nəfər dünyasını dəyişib. Son sutka ərzində xəstəlikdən 24 nəfər ölüb.
Noyabrın 11-nə olan məlumata görə, virusa yoluxanların sayı 1 milyon 192 min 481 nəfərdir. Xəstəxanalarda 62 min 462 nəfər var. Onların 400-dən çoxu son sutkalar ərzində xəstəxanaya yerləşdirilib. 350 xəstə reanimasiyadadır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar