Ukraynada Qolodomor qurbanları yad edilir
27 Noyabr 2010 Şənbə 03:10
1930-1933-cü illərdə böyük aclıq faciəsi 7-8 milyon adamın həyatına son qoyub
Bu gün Ukraynada 1932-1933-cü illərdə milyonlarla adamın həyatına son qoyan böyük aclığın qurbanlarının xatirəsini yad edir. Ukraynanın əvvəlki hakimiyyəti hesab edir ki, o vaxtkı hadisələr Ukrayna xalqına qarşı soyqırımı idi. Lakin hazırkı dövlət başçısı Viktor Yanukoviç acllığın keçmiş Sovet ittifaqı ölkələrinin ümumi faciəsi olduğunu bildirib. 1932-1933-cü il aclığı SSRİ-nin əsas taxılçılıq rayonlarını - Ukrayna, Şimali Qafqaz, Aşağı və Orta Volqaətrafı, Qazaxıstan, Qərbi Sibir, Cənubi Ural və s. Əhatə edib. Müxtəlif məlumatlara görə, aclıdan 7-8 milyon adam ölüb. Onlardan 3-3,5 milyonu Ukraynada, 2 milyonu Qazaxıstan və Qırğızıstanda, 2-2,5 milyon nəfəri isə Rusiyada aclığa qurban gedib.

Ukraynanın əvvəlki prezidenti Viktor Yuşşenko 1930-cu illərin aclıq probleminə böyük diqqət ayırırdı. O hesab edirdi ki, bu hadisələr məhz Ukrayna xalqına qarşı soyqırımı idi və bu faktın dünya ictimaiyyəti təərfindən tanınmasına çalışırdı. Lakin onun ideyası geniş dəstək qazanmadı. Çünki Rusiya ona qarşı çıxdı.

Hazırkı dövlət başçısı Viktor Yanukoviç isə apreldə AŞ PA nümayəndələri ilə görüşdə bildirib ki. Qolodomorun bu və ya digər xalqın soyqırımı kimi tanınması ədalətli olmaz. Çünki, bu, ümumi faciə idi.

Bu gün Ukrayna prezidenti Viktor Yanukoviç “Ukraynada aclıq qurbanlarının xatirə memorialı” milli muzeyində matəm tədbirlərində iştirak edəcək. Günün ikinci yarısında isə muzeyə müxalifət lideri Yuliya Timoşenko da gedəcək.

Ukraynanın kilsələrində aclıq qurğanlarının xatirəsi yad ediləcək. Yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə saat 18.00) bütün ölkə ərazisində bir dəqiqəlik sükut elan olunacaq. Dövlət orqanlarının binalarından üzərində qara matəm lenti bayraqlar asılacaq.

Günün əsas hadisəsi “Şam yandır” akisyası olacaq. Hava qaraldıqdan sonra bütün arzulayan şəxslər pəncərələrin qarşısında aclıq qurbanlarının xatirəsinə şam yandıracaqlar. İldən-ilə ukraynalıların evlərində yandırılan şamların sayı artır. Demək olar ki hər bir ukraynalı ailənin aclıqdan zərər çəkən qohumu var.


DOSTLARINLA PAYLAŞ:

oyunlar